Sənətçilərin 15 saatlıq əziyyətlərinin bəhrəsi

11 Dekabr 2014 12:10 (UTC+04:00)

Türkiyəli müğənnilər Demet Akalın və Gökhan Özen yenilik ediblər. SİA-nın verdiyi xəbərə görə, sənətçilər "Nefsi müdafa" adlı duetlərinə klip çəkdiriblər. Ekran işinin rejissoru Sədat Doğandır. Demetlə Gökhan klip çəkilərkən 15 saat soyuq havada qalmalı olublar. Ekran işində qara geyimə üstünlük verən sənətçiləri rəqs qrupu müşayiət edib.