"Ağ gəlinlikdə!" ŞEİR

11 Dekabr 2014 11:44 (UTC+04:00)

Bir gün bir qız gördüm vuruldum ona

Uşaq idik mən oynayırdım topla

O da bir gəlinciklə

Onu sevdim təmiz bir ürəklə

Onu görmək istəyirdim ağ gəlinlikdə!

Bir böyüdük bir məktəbə getdik

Bir-birimizi daha çox sevdik

Bir gün rəsm dərsində

Mən maşın çəkdim

O da qız çəkdi ağ gəlinlikdə!

Vaxt çatdı ata-anam getdi elçiliyə

Verdilər onu nişanımız oldu sevgilimlə

Onu gördüm qırmızı gəlinlikdə

Yaxınlaşdı mənə az qalıb dedi:

Görəcəksən məni istədiyin geyimdə

Nə bilərdim görməyəcəm mən onu ağ gəlinlikdə!

Zəng elədi bir gün anam mənə

Ağlaya-ağlaya dedi mənə

Etibar yox imiş sənin sevgilinə

Bizləri o atıb getdi

Dedi:bala sevgilin qəzaya düşüb gedib rəhmətə

Ona qismət olmadı görəsən onu ağ gəlinlikdə!

Gəlmişəm qəbir üstünə mən sevgilimin

Mən indi sənsiz nə edim?

Onunla danışıram yox dəli olmamışam

O yaşayır mənim ürəyimdə

Ey sevgilim anana da salam söylə

O da dözməyib sənin yoxluğuna

Bu dünyadan köçdü ağ kəfən ilə

O köçsə də bu dünyadan ağ kəfən ilə

Sən köçmüsən mənim üçün ağ gəlinlikdə!

Elvin İlhamoğlu