Zeynəb Xanlarova mahnısını Kərimə bağışladı

11 Dekabr 2014 10:33 (UTC+04:00)

Müğənni Kərim Abbasovdan xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı xalq artisti Zeynəb Xanlarovanın bəstəsini səsləndirəcək. O, bu haqda sosial şəbəkədə yazıb: "Xalq artisti Zeynəb Xanlarova mahnısını mənə hədiyyə etdi. Mənim ifamda səslənməsini istədi. Məncə şou-biznesdə ilk dəfədir ki, belə hadisə olur. Deməli sənətimi və ifamı bəyənir. Buna görə çox xoşbəxtəm".