"Ermənistan Gömrük ittifaqına daxil olduqdan sonra, onsuzda Ukraynanın bu ölkəyə qarşı olmayan simpatiyası daha sürətlə aşağı düşməyə başladı". SİA xəbər verir ki, bu fikirləri "vesti"-yə tanınmış ukraynalı jurnalist və siyasi şərhçi Boris Baxteyev öz müsahibəsində bildirib.
"Bu faktor da onu göstərir ki, onsuzda Ermənistan heç vaxt güclü olmayıb. Ukrayna tərəfi Rusiyadan fərqli olaraq, həmişə Ermənistanı bu ölkənin forpostu və satelliti kimi görüb: "Bir çox ukraynalı və xarici ölkələr üçün Ermənistan sadəcə coğrafi fakt kimi tanınır başqa heç cür…"- deyə, Baxteyev qeyd edib.
Tanınmış jurnalist ukraynalıların Azərbaycan Respublikası haqqında, xüsusilə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ konflikti barədə əsl həqiqətləri öyrənəcəklərinə inandığını da vurğulayıb.
Rövşən Nurəddinoğlu