"Təkcə həvəsim yoxdu" ŞEİR

10 Dekabr 2014 12:15 (UTC+04:00)

Qanadım var, göyüm var

Quşam qəfəsim yoxdu.

Uçmağa hər şeyim var,

Təkcə həvəsim yoxdu.

Yol getməyə yolum var,

Qulluğum var, qulum var,

Xərcləməyə pulum var,

Təkcə həvəsim yoxdu.

Nə dərd var, nə əzab var,

Nə hirs var, nə qəzəb var,

Ölməyə yüz səbəb var,

Təkcə həvəsim yoxdu...

Ramiz Rövşən