Soçi Qış Olimpiadası, Ukraynada "Maydan" hərəkatı, Krımın Rusiya tərəfindən ilhaq edilməsi, Ebola virusunun yayılması 2014-cü ilin ən yadda qalan hadisələri olub. SİA xəbər verir ki, bu barədə "Yandeks" internet-axtarış versiyası məlumat yayıb.
"Yandeks" ilin kişi və qadınlarını da müəyyənləşdirib. Belə ki, ilin qadınları kimi gənc fiqurlu konkisürən və olimpiya çempionu Yuliya Lipnitskaya və Rusiyanı "Eurovision-2014"-də təmsil edənTolmaçova bacıları, müğənni Janna Friske göstərilib.
Lakin maraqlı seçimlərdən biri kişilər üzərində ediləndir. Belə ki, ilin kişiləri sıralamasında birinciliyi Konçita Vurst psevdonimi ilə çıxış edən Tomas Noyvirt qazanıb.