Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. SİA-nın məlumatına görə, bu haqda Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi məlumat yayıb. Belə ki, dünən axşam London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı neftin 1 barreli 67,79 dollara satılıb. Bu, dekabrın 8-də qeydə alınmış qiymətdən 0,14 dollar çoxdur.