Qazax rayonunda seçicilərlə görüş baş tutub

9 Dekabr 2014 15:40 (UTC+04:00)

Bu gün 23 dekabr tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin üzvləri qrafikinə uyğun olaraq rayonun Birinci Şıxlı, Yuxarı Salahlı, Xanlıqlar kəndlərində seçicilərlə görüş keçiriblər. SİA-nın vediyi məlumata görə, görüş zamanı təbliğat qrupunun üzvləri İsgəndər Qurbanov, Polad Ağakişiyev, Vüsal İsmayılov, Abbas Göyüşov, Paşa Hadıyev, Yeganə Göyüşlü seçicilər qarşısında çıxış ediblər.