Turun son matçında qonaqlar qalib gəldi

9 Dekabr 2014 10:14 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunda XIV tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyunda "Şuşa" səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. Qonaqların qollarını Morteza Heydari və Qafar Əliyev vurub.

"Zirə" 0-2 "Şuşa"
(Morteza Heydari, 50; Qafar Əliyev, 84)