“Lider” TV də “Azerspace-1” peykinə qoşuldu

8 Dekabr 2014 19:43 (UTC+04:00)

"Azərkosmos" ASC və "Lider" telekanalı arasında bu kanalın "Azerspace-1" peyki üzərindən yayımına dair müqavilə imzalanıb. "Azərkosmos"-dan bildirilib ki, böyük izləyici kütləsi olan televiziya kanalı bu il dekabrın 1-dən 11135/H/27500 tezliyi ilə efirə çıxmışdır.

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.