“Best Model of the World” yarışmasının iştirakçıları bəlli oldu FOTOLAR

8 Dekabr 2014 17:16 (UTC+04:00)

Türkiyədə "Best Model of the World" yarışması keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqənin qalibləri Türkiyədən Caner Tanrıverdi və Anqoladan Ema Diaqo olub. Gecədə superstar Ajda Pekkan təşkilatçıya "55 il" medalı verib.

Qeyd edək ki, müsabiqədə ölkəmizi model Sima Şərafətdinova və Heydər İskəndərov təmsil ediblər. H. İskəndərov "Best model promising", S.Şərafətdinova isə "Best model press" nominasiyasına layiq görülüblər.