Dövlət Komitəsində “Açıq qapı” günü keçiriləcək

6 Dekabr 2014 09:49 (UTC+04:00)

Dekabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı"na uyğun olaraq "Açıq qapı" günü keçirilməsini nəzərdə tutur. Komitədən SİA-ya verilən xəbərə görə, tədbir çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə vətəndaşların təklif və rəylərinin qəbulu, müzakirələrin təşkili, vətəndaşları maraqlandıran sualların cavablandırılması planlaşdırılır.