Rus rublu hər keçən gün alıcılıq qabiliyyətini itirməkdə davam edir. SİA-nın məlumatına görə, dekabrın 2-də dolların məzənnəsi Moskva birjasındakı hərraclarda maksimum qiymətə dəyişdirilib. Beləliklə, dollar günün ikinci yarısında tarixi maksimumunu yeniləyib. Bununla da 1 ABŞ dolları 54 rubl, 1 avro 67 rubla çatıb. Neftin dünya bazarında qiymətinin azalması dünyanın əsas valyutalarının rubla qarşı kəskin möhkəmlənməsinə səbəb olub.