"Son 10 ay ərzində Azərbaycanda qanunsuz yaşayan 4 mindən artıq əcnəbi inzibati qaydada ölkədən çıxarılıb". SİA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib.
P. Musayev deyib ki, 3 minə yaxın əcnəbinin isə ölkəmizdə yaşaması leqallaşdırılıb: "22 mindən artıq əcnəbinin isə könüllü şəkildə öz ölkələrinə qayıtması təmin edilib. Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn əcnəbilərin ölkəmizdə qanuni əsaslarla yaşamasının əsas götürülməsinə çalışır".