Nazir: “Sonuncu peyk Azərbaycana məxsusdur” AÇIQLAMA

2 Dekabr 2014 17:16 (UTC+04:00)

"Bu gün "Azərkosmos"la Fransanın orbit şirkətləri arasında 3 ay bundan öncə orbitə çıxarılmış Yer Səthinin Müşahidəçi Peykinin Azərbaycan tərəfindən təhvil verilməsi haqqında müqavilə imzalanıb". SİA-nın xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu peyk əsasən Azərbaycanda, yer kürəsində maraqlı olan dünya ölkələri arasında, istənilən ərazidə Yer səthinin monitorinqini apara bilən bir peykdir.

Onun sözlərinə görə, bu, Azərbaycanın kosmosa göndərəcəyi 2-ci peyki olacaq: "Əsasən tətbiq sahələri, coğrafi ərazilərin onların şəkillərinin çəkilməsi, orada olan müəyyən obyektlərin monitorinqinin aparılması, fövqəladə hallar, həmçinin kənd təsərrüfatında, ekoloji problemlərin həllində və bir çox sahələrdə orbitdə təsvir olunacaq. Azərbaycan bu növ peyki orbitə çıxaran 20-ci ölkədir. Bu günorbitə çıxarılan bu növ peyklərin sayı təxminən 50-dir. Sonuncu isə Azərbaycana məxsusdur".

Nazir kosmik fəzanın tədqiqatı ilə bağlı əməkdaşlıq ediləcək ölkənin adını da açıqlayıb: "Bu yaxınlarda Fransa ilə Azərbaycan arasında Kosmik fəzanın tədqiqatı istiqamətində birgə əməkdaşlıq çərçivəsində bağlanılan strateji bir saziş imzalanıb. Sazişə əsasən Fransa və Azərbaycan "Sport 6" və "Azərskay" peyklərindən birgə istifadə edəcəklər. Layihəyə əsasən peyk 12 il müddətində orbitdə olacaq və peyk təxminən 7-8 il müddətində ona qoyulan xərcləri ödəyəcək".