Fermer çıxış yolu axtarır

1 Dekabr 2014 15:51 (UTC+04:00)

"İstixanalarda yetişdirilən məhsulların Rusiya bazarlarına çıxarılması daha sərf etmir". SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, bunu Samux rayonun Qarayeri qəsəbəsində kənd təsərrüfatı ilə məşğul olan Məmməd Ələkbərov deyir.

Fermerin dediyinə görə, Rusiyada ABŞ dollarının kursunun aşağı düşməsi bu ölkəyə məhsul aparıb satmaq və qazanc əldə etməyə nəyinki imkan vermir, hətta bu ticarətdən ancaq ziyan əldə olunur: "Vəziyyət o həddə çatıb ki, istixanaların daha əhəmiyyəti qalmır. Ümid qalır yerli bazarlara. Lakin burada da bir sıra problemlər qalmaqdadır. Ən başlıca çətinlik yerli bazarlarda bu qədər məhsulun təkləbata ehtiyac olmamasıdır. Başqa sözlə desək, indi bütün məhsullar yerli bazarlara daşınır ki, bu da təlabatdan artıq məhsulun olması deməkdir. Hazırda isə yeni bazarların axtarışı aparılır. Yaxın Türkiyə İran və Gürcüstan kimi ölkələr kənd təsərrüfatı sahəsinin xüsusən istixanalarda yetişən məhsulların birbaşa kütləvi istehsalıçısıdır. O ki qaldı lizinq yolu ilə qurulan istixanaların aqibətinə, təsərrüfat sahibləri ümid edir ki, Sahibkarlığa Kömək Milli Fondu bu amilləri nəzərə alacaq və bir sıra güzəştlərin tətbiq ediləcək".

İlham Məmmədzadə