Acun İlıcalı Adriana Lima ilə evlənir?

1 Dekabr 2014 16:06 (UTC+04:00)

Deyilənlərə görə, türkiyəli aparıcı-prodüser Acun Ilıcalı ilə braziliyalı top model Adriana Lima ailə qurmağa hazırlaşırlar. SİA-nın verdiyi xəbərə görə, A.Limaya heyranlığını heç vaxt gizlətməyən və onu tez-tez Türkiyəyə dəvət edən aparıcı top modelə aşiq olub.

Hətta Acun bu sevgisi üçün rəsmi nikahda olduğu həyat yoldaşı Zeynəb Ilıcalıdan boşanmağa qərar verib. Hazırda o, Z.İlıcalı ilə razılıq əldə etməyə çalışır. Aparıcının təzminat kimi 50 milyon lirə (təxminən 18 milyon manat) ödəməyə də hazır olduğu söylənilir.

Qeyd edək ki, Adriana Lima ötən ay həyat yoldaşı, tanınmış basketbolçu Marko Carikdən ayrılıb.