Asim Mollazadə: “Avropa Parlamenti Azərbaycanın inkişafını həzm edə bilmir”

1 Dekabr 2014 11:07 (UTC+04:00)

"Qərbin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqenin ilk dəfə şahidi deyilik. Avropa Parlamenti Azərbaycanın inkişafını, bütün sahələr üzrə tərəqqisini həzm edə bilmir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycan haqqındakı fikirlərinə münasibət bildirən A. Mollazadə qeyd edib ki, Azərbaycan öz inkişaf yolunu, insan hüquq və azadlıqları ilə bağlı mövqeyini düzgün müəyyənləşdirib: "Ölkəmiz demokratik inkişaf yolunu tutub və Azərbaycanda insan hüquqları ən yüksək səviyyədə qorunur. Yox, əgər hansısa təşkilatın, qurumun, dövlətin gözü bunu götürmürsə, bu onların öz problemidir. Şultsun da dedikləri heç bir məntiqə sığmır, onun dediklərinin heç bir əsası yoxdur".