Aktrisa hansı xəbərdən sarsıldı?

28 Noyabr 2014 10:46 (UTC+04:00)

"Muhteşem yüz yıl" serialından Hürrəm Sultan obrazı ilə tanınan aktrisa Məryəm Üzərlinin ailəsində xoşagəlməz hadisə yaşanıb. SİA-nın verdiyi xəbərə görə, aktrisanın çox istədiyi nənəsi dünyasını dəyişib. Almaniyada olan Məryəm bu xəbərdən çox sarsılıb və duyğularını sosial şəbəkədə sevənləri ilə paylaşıb: "Axşam nənəm İstanbulda göy üzündə Allaha qovuşdu. Nur içində yat, mənim əziz nənəm. Allah rəhmət eləsin!".