Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayır FOTO

27 Noyabr 2014 15:55 (UTC+04:00)

Nizami Kino Mərkəzində noyabrn 27-dən etibarən "Dözülməz bosslar-2" və "Мadaqaskar Pinqvinləri " 3D animasiya filminin nümayişinə başlanılır. SİA-nın verdiy məlumata görə, Amerika istehsalı olan "Dözülməz bosslar-2" filmini rejissor Set Qordon komediya janrında çəkib. Üç dost – Nik, Deyl və Kurt bundan sonra heç kimin əlinin altında işləməmək üçün öz şirkətlərini yaradırlar. Lakin şərikləri tərəfindən aldadılan dostlar intiqam planı hazırlayır. Onlar pul almaq və kompaniyanın nəzarətini yenidən ələ keçirmək məqsədi ilə şərikin oğlunu oğurlayırlar. Filmdə baş rollara Ceyson Beytman, Ceyson Sudeykis, Çarli Dey, Cennifer Eniston, Kris Payn və başqaları çəkiliblər.

Amerika istehsalı olan "Madaqaskar Pinqvinləri" animasiya filmini Con Ebaudun ssenarisi əsasında rejissorlar Erik Darnelli və Saymon Smit ailəvi komediya və macəra janrında çəkiblər. Filmin yaş məhdudiyyəti yoxdur.

"Bu dəfə onlar kölgədə qalmayacaqlar" sloqanı olan cizgi filmi, dörd cəsus-pinqvin Şkiper, Kovalski, Riko və Praporun məcaralarından bəhs edir. Onlar "Şimal küləyi" adlı komanda ilə birləşərək köməksiz heyvanların mühafizəsinə qalxırlar. Rolları aktyorlar Tom Mak Qrat, Kris Miller, Kristofer Nayts, Konrad Vernon, Con Malkoviç, Benedikt Kemberbetç, Ken Jonq, Annet Mahendru , Peter Stormare, Endi Rixter və başqaları canlandırıb. Balaca tamaşaçılarımız sevimli qəhrəmanları ilə yenidən görüşməkdən böyük zövq alacaqlar.