Sürücülərə pis xəbər! yol bağlandı

27 Noyabr 2014 15:26 (UTC+04:00)

Bakıda daha bir yol təmir bağlanıb. SİA-nın xəbərinə görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumatda bildirilir ki, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində kənar yolda aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə olunur.