Koreya Kino Festivalının açılış mərasimi keçiriləcək

27 Noyabr 2014 13:09 (UTC+04:00)

Noyabrın 27-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Bakıda Koreya Kinosu Festivalı 2014 rəsmi açılış mərasimi keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, festivalın rəsmi təşkilatçısı, 2004-cü ildən fəaliyyət göstərən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyidir. Assosiasiyanın əsas məqsədi Azərbaycan və Koreya arasında mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşdırılmasıdır.

Festivalın açılışında SEBA Assosiasiyası İctimayi Birliyin rəsmi üzvləri, Koreya səfirliyinin əməkdaşları, xarici və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, üç gün davam edəcək Koreya Kino Festivalının filmləri Nizami Kino Mərkəzinin II zalında nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.