Dünyanın ən populyar messencerinə çevrilmiş WhatsApp-da hansı funksiyalar var, nə kimi üstünlüklər mövcuddur və sirləri necə saxlamaq olar? Android, iOS, BlackBerry və Windows Phone əməliyyat sistemli smartfonlarla planşetlərdə 800 milyona yaxın istifadəçisi olan WhatsApp barədə sadə suallara proqramın FAQ (Tez-tez verilən suallar) bölməsində cavab tapmaq olar.
WhatsApp, əsasən, istifadəçinin telefon nömrəsi, onun istifadə etdiyi elektron poçt ünvanı və mesajlarını saxlayır.
WhatsApp-da istifadəçinin smartfon və ya planşetindəki telefon nömrələri, ünvanları və mesaj mətnlərini əsas serverlərdə 30 gün saxlayandan sonra silir.
Proqram istifadəçi barədə konfidensial məlumatları da toplamır.
Bununla belə, WhatsApp istifadəçiləri aldıqları və yolladıqları fotolar, audio və videofaylların "bulud" servislərində arxivləndirilməsi zamanı ehtiyatlı olmalıdır.
iCloud servisinə hakerlərin hücumu deyilənləri daha səbatlı edən məqamlardan biri sayıla bilər.
Təhlükəsizliyi tam təmin etmək istəyən istifadəçi mesajların arxivinin "bulud" servislərinə yüklənməsinin qarşısını ala bilər.
Bundan başqa, WhatsApp-a daxil olmağı, proqramda onlayn qalmağı da gizlətmək mümkündür.
Android əməliyyat sistemi ilə çalışan smartfon və planşet sahiblərinə gəldikdə isə, onlar Google Play-dən WhatsApp Lock proqramını yükləməklə proqrama "qıfıl" qoya bilərlər.
"Whats Packed 2 Ads" proqramı istənilən həcmdə faylı arxiv formasında yollamağa imkan verir.
WhatsApp mesajları avtomatik şəkildə arxivləşdirdiyi üçün silinmiş mesajları fövqəladə hallarda yenidən yükləmək mümkündür. Bunun üçün proqramı smartfon, yaxud planşetdən silərək yenidən yükləmək lazımdır.
WhatsApp-da alınan böyük həcmli faylları smartfona yükləyərək internet trafikini çox sərf etməyin qarşısını almaq üçün yalnız Wi Fi-dan yararlanmaq olar.
Üstəlik, WhatsApp mesajları paket halında sıxaraq mübadilə etdiyi üçün 10 min mesajlıq söhbət fotolarla birlikdə maksimum 50 meqabayt yer tutur.
Və ən nəhayət, təhlükəsizliyin normal səviyyədə təminatı üçün WhatsApp-la yolladığınız, yaxud aldığınız fotoları smartfon və ya planşetin yaddaşından silin.