İnternat evində yaşayan 18 uşağa şəxsiyyət vəsiqəsi verilib

26 Noyabr 2014 17:48 (UTC+04:00)

Daxili İşlər Nazirliyi əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqəsinin verilməsi üçün səyyar xidmət keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə 3 dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində, noyabrın 26-da Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramova və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi, polis polkovniki Gülşən Əhmədovanın da iştirak etdikləri tədbir zamanı internat evində yaşayan 18 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub, burada işləyən 3 müəllimin isə şəxsiyyət vəsiqəsi yeniləri ilə əvəz edilib.