Bu müğənnimiz də aparıcı oldu

26 Noyabr 2014 14:32 (UTC+04:00)

Əməkdar artist Aygün Bəylərin növbəti bacarığı üzə çıxıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı aparıcılıq edəcək. Aygün "Yenə o bağ olaydı" adlı layihəsi ilə evlərinizin qonağı olacaq. A. Bəylərin ilk qonaqları şair Baba Vəziroğlu, əməkdar artist Eyyub Yaqubov, bəstəkar Elçin İmanov olub.

Qeyd edək ki, verilişin ilk buraxılışı həftənin cümə axşamı saat 22:30-da yayımlanacaq.