"Bir daha bu qəlbim sevməz bir kəsi" ŞEİR

26 Noyabr 2014 10:34 (UTC+04:00)

Ucalıb göylərə qəlbin naləsi

Hanı sevdiyimin o gözəl səsi?

Məni yaşadardı yarın nəfəsi

Bir daha bu qəlbim sevməz bir kəsi

Bu fani dünyada cəfa görmədim

Qəm gördüm dərd gördüm dəva görmədim

Mən səndə bir zərrə vəfa görmədim

Bir daha bu qəlbim sevməz bir kəsi

Bilməzdim qəm kədər nəyə deyillər

Mən səni gözəlim sevənə qədər

Sevməklə ömrümü keçirdim hədər

Bir daha bu qəlbim sevməz bir kəsi

Qasım Quliyev