İsrailin sabiq baş prokuroru Avropa ölkələrini Fələstin Dövlətini tanımağa çağırıb

26 Noyabr 2014 03:10 (UTC+04:00)

İsrailin keçmiş baş prokuroru Mixail Ben-Yer bu ölkənin "Eu Observer" qəzetində dərc olunan məqaləsində Avropa ölkələrini Fələstin Dövlətini tanımağa çağırıb.

Sabiq baş prokuror artıq İsveçin addımından nümunə götürərək Fələstin Dövlətini tanıyan Böyük Britaniya və İspaniya parlamentlərinin, İrlandiya Senatının addımlarını yüksək qiymətləndirib. O bildirib ki, bu, təkcə ədalət deyil, eyni zamanda, iki dövlətin xalqlarının təhlükəsizlik maraqlarına xidmət edir.