"Bağışla" ŞEİR

25 Noyabr 2014 10:45 (UTC+04:00)

Bir ötən sevgini unuda bilsəm,

Könlümü sevginlə ovuda bilsəm,

Bir axşam yanına, qayıda bilsəm

Bağışla, bağışla, məni bağışla…

Bağışla qapını döyə bilmirəm,

Bağışla sevirəm, deyə bilmirəm.

Özüm də bilmirəm, ah niyə bilmirəm,

Bağışla, bağışla, məni bağışla…

Bir sönən ocağın külünə yanma,

Ömrümün ayına, ilinə yanma

Desəm ki, sevmirəm gəl mənə inanma ,

Bağışla, bağışla, məni bağışla…

Bağışla məni…

Ramiz Rövşən