Qız Qalasında intihar hadisəsi baş verib

24 Noyabr 2014 18:04 (UTC+04:00)

Bu gün Qız Qalasında intihar hadisəsi baş verib. 30-35 yaş arasında olan kişinin kimliyi hələlik məlum deyil. Bu məlumatı SİA prokurorluq orqanlarından alıb. Qeyd edilib ki, şəxsiyyəti məlum olmayan kişinin özünə qəsd etməsinin səbəbləri hələlik bilinmir.

Səbail rayon prokurorunun yaydığı məlumata görə, özünə qəsd etmiş şəxsin kimliyi və intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, həkimlər hadisə yerinə gələndə həmin şəxs artıq keçinmiş olub.