Müğənni həbsxanada olan həmkarına məktub yazdı

24 Noyabr 2014 11:38 (UTC+04:00)

Türkiyəli müğənni Sezen Aksu, həbs olunan Deniz Sekiyə məktub yazıb. SİA-nın verdiyi xəbərə görə, o, həmkarına səbrli olmağını məsləhət görüb: "Çox ağır səbir imtahanından keçirsən. Həyat səni tam bir döyüşçü olaraq yetişdirir. Dik dur! Həbsxana vaxtını səmərəli keçir. Sən güclü qadınsan".