Ötən gün temperatur normadan aşağı olub

24 Noyabr 2014 11:33 (UTC+04:00)

Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Həmçinin bildirilib ki, ötən gün ölkə ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb. Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.