Topaz Premyer Liqasının XIII turu AZAL klubu üçün uğurlu olmayıb. SİA-nın məlumatına görə, "Təyyarəçilər" səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olublar. Oyundan sonra AZAL klubunun baş məşçqisi Tərlan Əhmədov qarşılaşma barədə fikirlərini bildirib: "İlk növbədə "Sent-Etyen"lə oyunda "Qarabağ"a uğurlar arzulayıram. "Qarabağ" Avropada yeganə təmsilçimizdir. Ümid edirəm ki, qələbə qazanıb, bizi sevindirərlər. Oyuna gəldikdə, biz 30 dəqiqə futbol gördük. Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik hücumları cinahdan quraq. Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun görərdik. Amma yenə futbulçularıma təşəkkür edirəm. Azlıqda qalsaq da, qol vura bildik. "Qarabağ"ı təbrik edirəm".