Sədr müavini: “Məsələyə siyasi don geyindirməyin heç bir hüquqi əsası yoxdur” AÇIQLAMA

21 Noyabr 2014 15:36 (UTC+04:00)

"Ümumiyyətlə, kimin hansı qisimdə hüquq-mühafizə orqanlarına cəlb olunmasından asılı olmayaraq, onun ölkə sərhədlərindən kənara çıxmasına qanun icazə vermir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Xədicə İsmayılın Azərbaycan hüdudlarından kənara çıxmaması haqqında Azərbaycan Respublikası Prokurorluğunun qadağasına "Azadlıq" radiosunun siyasi don geyindirməsi məsələsinə münasibət bildirərkən deyib.

Sədr müavininin sözlərinə görə, bu, daha çox hüquqi prosedurdur: "Təbii ki, bununla bir çox insanlar qarşılaşırlar. Onlar statuslarından asılı olmayaraq, qanunun tələbinə uyğun şəkildə hərəkət edirlər. Ənənəvi olaraq yenə də müxalifət məsələ ətrafında şou yaratmağa çalışır. Amma ümumilikdə götürdükdə "Azadlıq" radiosunun məsələyə siyasi don geyindirməsinin heç bir hüquqi əsası yoxdur".