Topaz Premyer Liqasının XII turunda öz meydanında "Qarabağ" klubuna məğlub olan "Bakı"nın baş məşqçisi İbrahim Uzunca oyundan sonra qarşılaşma barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, komandasının oyunundan razı qaldığını qeyd edib: "Oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm. Onlara öz təşəkkürümü bildirirəm. İndiyə qədər hakimlərə heç bir iradım olmayıb. Amma deməliyəm ki, "Qarabağ" kimi komandaya köməklik göstərmək düzgün deyil. Hakimlərə demək istəyirəm ki, gələcəkdə bir az diqqətli olsunlar. "Qarabağ"a isə Avropa Liqasında uğurlar arzulayıram".
Qeyd edək ki, oyun 2:4 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.