Brent markalı neft bahalaşıb

19 Noyabr 2014 09:44 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,45 dollar ucuzlaşaraq 1 barelə görə 74,16 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar artaraq 78,48 dollar olub.