"Red Bull Local Hero"ya həsr olunmuş film

14 Noyabr 2014 11:52 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, noyabrın 9-da Azərbaycanda ilk dəfə dağ velosipedinin Downhill (təpədən üzüaşağı eniş) növü üzrə ekstremal idman yarışı keçirilib. SİA-nın məlumatına görə, "Red Bull Local Hero" adlanan və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən dəstəklənən yarışda həvəskar velosipedçilərlə yanaşı, peşəkarlar da mübarizə aparıb.

Yarışın fəxri qonağı isə MTB Downhill-in dünyaca tanınmış siması, bu növ üzrə bir çox nüfuzlu turnirlərin qalibi, slovakiyalı Filipp Polk olub. Həmin yarışdan hazırlanan filmi təqdim edirik: