Aralıq dənizində Misir sahillərindəki Damiat limanının yaxınlığında bir qrup silahlı şəxs Misir Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisinə hücum edib. Atışma nəticəsində Misirin beş nəfər hərbi qulluqçusu yaralanıb, daha 8 nəfər itkin düşüb. Onların axtarışları davam edir. Misir HDQ terrorçuların istifadə etdikləri dörd gəmini məhv edib, 32 terrorçu saxlanılıb.
Misirin hakimiyyət orqanları bu hadisəni terror hücumu kimi qiymətləndiriblər.