Azərbaycanın xalq artisti Alim Qasımov ABŞ-da konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi məlumata görə, xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəkləri üçün Vətənə yola düşüblər. Alim Qasımov və qızı Fərqanə Qasımova bu gecə Bakıda olacaqlar.
Qeyd edək ki, xalq artisti Alim Qasımov ABŞ-dan əvvəl Meksikada konsert proqramı ilə çıxış edib.