Çisato Kusunoki Bakıya səfər edəcək

13 Noyabr 2014 14:33 (UTC+04:00)

Yapon pianoçusu Çisato Kusunoki - dünya şöhrətli musiqiçidir. 2013-cü ilin sentyabr ayında Moskva şəhərində Murad Kajlayevilə onun əsərlərinin görkəmli ifaçısı olan Ç.Kusunokinin ilk tanışlığı baş tutub.

Qarşıdan gələn 2 ay ərzində Çisato Kusunokinin M.Kajlayevin əsərlərindən ibarət proqramla qastrol səfərləri planlaşdırılıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə 19 noyabr tarixində Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tanınmış məzunu - SSRİ Xalq Artisti Murad Kajlayevə həsr olunmuş konsertlə çıxış edəcək. Eyni zamanda M.Kajlayevlə Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşlər keçirəcəklər.