Talançılar həbs edildi

13 Noyabr 2014 03:10 (UTC+04:00)

Bakının Xəzər rayonunda evləri talayanlar həbs edilib. Bu barədə Xəzər rayon Polis İdarəsindən məlumat verilib.


Məlumata görə, 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də İsgəndər Balayevin evindən 400 manat oğurlamış Bakı şəhər sakinləri Hüseyn Zülfüqarov və Elçin Cəlilov saxlanılıblar.


Onların başqa oğurluq cinayətləri də üzə çıxıb.