Balıq tutmaq istədi özü boğuldu

12 Noyabr 2014 14:50 (UTC+04:00)

Mingəçevir şəhərinin iki sakini ehtiyatsızlıqdan yıxılaraq suda boğulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 11-də Mingəçevir şəhərində şəhər sakinləri Ömər Əvəzzadə və Toğrul Novruzov kanalda balıq tutarkən ehtiyatsızlıqdan yıxılaraq suda boğulublar. Onların meyitlərinin tapılması istiqamətində tədbirlər görülür.