Qəlbimdəki arzular
Yeniləşib,çoxalıb.
Daşada rəhmim gəlir,
Könlüm yaman yuxalıb-
Mən səndən ayrılandan.
Heç özümdə bilmirəm,
Niyə sevdim mən səni.
Məhəbbət dəli edib,
Unutmuşam mən-məni
Mən səndən ayrılandan.
Ürəyimi kədərlə,
Qəm-qüssəylə əzirəm.
İnan mənə gözəlim,
Gözü yaşlı gəzirəm-
Mən səndən ayrılandan.
Gözlərimə qan damıb,
Könlümə qəm əkilib.
Gülüş dodaqlarımdan,
Sevinc qəlbdən çəkilib-
Mən səndən ayrılandan.
Əmr elə ey sultanım,
Hər nə desən hazıram.
Mən şair deyiləm yox,
Dərdlərimi yazıram-
Mən səndən ayrılandan.
Yuxum ərşə çəkilib,
Göz qırpmıram gecəni.
Yatanda bilmirəm ki,
Yuxuda görüm səni-
Mən səndən ayrılandan.
Şəhriyar Allahyaroğlu