Avropa barışıq gününü qeyd edir

11 Noyabr 2014 18:41 (UTC+04:00)

Bu gün Avropada barışıq günü – Birinci dünya müharibəsinin başa çatmasının ildönümü qeyd olunur. Müharibə rəsmi olaraq 1918-ci ilin 11-ci ayının 11-də səhər saat 11-də başa çatıb. Euronews telekanalı xəbər verir ki, barışıq günü münasibəti ilə Fransanın Arras şəhərində 40 min müharibə iştirakçısının dəfn edildiyi ölkənin ən böyük nekropollarından biri olan Notr-Dam de Lorett kilsəsində böyük tədbir keçiriləcək. Fransa Prezidenti Fransua Olland Birinci dünya müharibəsi zamanı bu yerlərdə həlak olmuş müxtəlif ölkələri təmsil edən 580 min əsgərin adının həkk olunduğu nəhəng memorialın rəsmi açılışında iştirak edəcək.