YAP-ın seçki kampaniyası uğurla davam edir

11 Noyabr 2014 16:22 (UTC+04:00)

2014-cü ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının seçki kampaniyası uğurla davam etməkdədir. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, nəzərdə tutulduğu kimi ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə ümumulikdə 15 mindən çox Yeni Azərbaycan Partiyasının üzvü namizəd irəli sürülüb. Partiyanın seçki qərargahının və yerli orqanlarının ahəngdar fəaliyyəti nəticəsində irəli sürülmüş namizədlərin lehinə imzatoplama kampaniyası müvəffəqiyyətlə həyata keçirilməkdədir. Noyabr ayının 11-ə olan məlumata görə, irəli sürülən namizədlərdən 13 mindən çoxu imza vərəqələrini zəruri seçki sənədləri ilə birlikdə dairə seçki komissiyalarına təhvil veriblər.

Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin lehinə imzaların toplanmasını və dairə seçki komissiyalarına təhvil verilməsini qarşıdakı günlər ərzində yekunlaşdırmağı planlaşdırır.