Stolüstü tennis üzrə Azərbaycan yığma komandası Çinin Cenqdunq beynəlxalq təlim–məşq mərkəzində toplanışını başa çatdıraraq Vətənə qayıdıb. Azərbaycan Stolüstü Tennis Federasiyasından azərtac-a bildiriblər ki, baş məşqçi Leşek Kuxarski və böyük məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə komandanın on üzvü fiziki, taktiki və texniki ustalığını artırıb.
Təlim-məşq toplanışı 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.