Xəyalım dolanır uca göyləri,
Ağdamın, Laçının həsrətindəyəm.
Şuşada Cıdır düzü, Kəlbəcərdə Turşsuyun,
Zəngilan, Cəbrayılın həsrətindəyəm.
Xocalı dərdi yandırır bizi,
Vətən nalə edib çağırır bizi,
Qubadlı, Füzuli gözləyir bizi,
Zəngəzur, Göyçənin həsrətindəyəm.
Kəlbəcərdən Turşsuya enəndə dayan,
İsa bulağının yoxdur suyundan doyan.
Topxana meşəsini ediblər talan
Cıdır düzündə at çapmağın həsrətindəyəm.
Horadizdir Füzulinin döyünən ürəyi,
Zəngilan, Qubadlıdır xalqın diləyi,
Göyçədir Dədə Ələsgərin vətəni,
Valehin diyarı, Gülablı həsrətindəyəm.
Yazmağla qurtarmayır dərdimiz,
Vətən əldən getsə, de qaldı nəyimiz,
Ağdərə, Xankəndi bizim dərdimiz,
Sahil, bütün Qarabağın həsrətindəyəm.
Sahil Rəhimli