Azərbaycanda axtarışda olan şəxs yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Taleh Abdullayev tutulub.