Rauf Arifoğlu: “Mən mətbuat adamıyam, siyasətlə deyil, qəzetçilik fəaliyyəti ilə məşğul oluram” AÇIQLAMA

1 Noyabr 2014 10:01 (UTC+04:00)

"Azadlıq" qəzeti ilə "Yeni Müsavat" qəzeti arasında baş verən qalmaqal davam etdiyi bir zamanda, siyasi-ictimai rəy bu qarşıdurmanı AXCP və Müsavat partiyaları arasında olan intriqanın nəticəsi kimi qiymətləndirir. SİA sözügedən məsələ ilə bağlı "Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlu ilə əlqə saxlayıb və baş verən hadisələrə dair münasibət öyrənib.

İlgincdir ki, "Yeni Müsavat" qəzetinin baş redkatoru baş verənləri iki partiya arasında olan münasibət kimi qiymətləndirərək, əsəbi şəkildə Müsavat funksioneri olmadığını, sadəcə, sıravi müsavatçı olduğunu, eyni zamanda qəzetçiliyə daha çox önəm verdiyini deyib: "Mən mətbuat adamıyam və qəzetçilik fəaliyyəti ilə məşğulam. Müsavat Partiyasının yetkilisi deyiləm ki, partiyalar arasındakı münasibətlərə fikir bildirəm".

Baş redkator jurnalistlərin onu partiyalararası münasibətlərlə bağlı narahat etməməsini də xahiş edib: "Xahiş edirəm, heç bir jurnalist məni partiyalararası münasibətlərlə, eyni zamanda Müsavat daxilində gedən proseslərlə bağlı narahat etməsin. Mən qəzet çıxrmaqla məşğulam".

Rövşən Nurəddinoğlu