Sakinlərə şad xəbər! Yeni yeraltı piyada keçidinin tikintisi başa çatdı

30 Oktyabr 2014 15:47 (UTC+04:00)

Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi başa çatıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, müasir standartlara uyğun inşa olunan keçidin uzunluğu 88, eni 8, hündürlüyü isə 3,20 metrdir.

İki giriş-çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana da quraşdırılıb.