"Küskün dostun divanisi" ŞEİR

30 Oktyabr 2014 14:51 (UTC+04:00)

Gah coşardın, gah susardın – halların hal deyildi,

Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..

Hər sözündən tük çəkirsən, günah qüsur çıxır birbəbir,

Sən deyildin yardan gələn sözü fərman eyləyən?..

Eşqin eşqdi, neynəyəsən yenə dünyadı dünya...

Yalan səsdi, deyir hərdən: yeni dünyadı dünya...

Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,

O da dedi nə gec gəldin, a canı can eyləyən..?

Get, get, ey əli qələmli, dərdini faş eyləmə,

Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə...

Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,

Yenə odur, yalnız odur dərdə dərman eyləyən.

Əkbər Qoşalı